10 May 2022 10:09
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsində çıxış yolu yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Amerika liderinə görə, Putin çox ehtiyatlı olsa da, onun çıxış yolu qalmayıb.

ABŞ prezidenti məsələnin necə həll olunacağını anlamağa çalışdığını bildirib.

Bayden həmçinin deyib ki, Putin yanlış olaraq Ukraynaya müdaxilənin NATO və Avropa Birliyini parçalayacağını düşünüb:

“Bu yanlış idi. Çünki ABŞ və müttəfiqləri birləşərək Ukraynaya yardıma gəldilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər