10 May 2022 12:54
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kitabların, xüsusilə Quranın yandırılması söz azadlığına daxil deyil, bu, universal cinayət sayılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu İsveçin Göteborq Universitetinin professor Bo Rotşteyn deyib.

Rotşteyn İsveç və Danimarkada polisin himayəsi altında beş ildir Quran yandıran Danimarkanın irqçi “Stram Kurs” partiyasının lideri Rasmus Paludanın təxribatlarının dayandırılmasını tələb edib.

Rotşteyn “Expressen” qəzetinə yazdığı məqalədə Paludanın etdiklərinin söz azadlığı olmadığını, kitabların yandırılmasının qadağan edilməsi lazım olduğunu bildirib.

1933-cü ildə faşist Almaniyasında “Kitab yandırma festivalı” adı altında 25 min qeyri-alman nəşrinin yandırılmasına toxunan və həmin gündən sonra kütləvi kitabların yandırılmasına siyasi qadağanın olduğunu xatırladan Rotşteyn bu qadağanın Quranın yandırılmasına da tətbiq edilməsini istəyib:

“Çap olunmuş kitab, şübhəsiz ki, söz azadlığı prinsipinin yeganə daşıyıcısı deyil, amma bu prinsipin tarixi və simvolik əsasını təşkil edir. Siyasi təzahür kimi nasistlər kimi kitabların yandırılması, hansı kitabların yandırılmasından asılı olmayaraq, demokratiyaya aid deyil. Ona görə də kitabların yandırılmasını qadağan etmək söz azadlığını məhdudlaşdırmaq yox, ümumbəşəri şəkildə qorumaq üsulu olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər