10 May 2022 12:09
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Rusiya neftinə embarqo tətbiq etməsi yaxın vaxtlarda baş verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon bildirib.

“Bu, bir neçə günün məsələsidir. Biz tez hərəkət etməliyik”, - deyə Kleman Bon “LCI” telekanalının efirində bildirib.

O, Macarıstanın bu məsələ ilə bağlı şübhələrinin tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.

“Amma bu gün bu məsələ daha mürəkkəbdir, çünki bir çox ölkələr Rusiya neftindən asılıdır. Bu, təkcə Macarıstan üçün deyil, həm də, məncə, Slovakiya və Bolqarıstan üçün həssas məsələdir. Onlar Aİ-də digərlərindən daha çox Rusiya neftindən asılıdırlar”, - diplomat bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər