10 May 2022 13:21
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın həftələrdə Rusiya və Ukrayna arasındakı müharibə daha da qanlı olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı əməliyyatların komandanlığından uzaqlaşdırıb, onun yerinə keçəcək şəxs Silahlı Qüvvələrə yeni hücum əmri verə bilər.

“Qismən razılaşa bilərik ki, Ukraynada müharibə daha da şiddətlənəcək və daha da qanlı olacaq. Yaxın həftələrdə döyüşlərin daha da şiddətlənəcəyi gözlənilir”, - Jdanov vurğulayıb.

O, Gerasimovun “xüsusi əməliyyat”da qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırıldığını iddia edib.

Jdanov Rusiyanın çətin durum qarşısında qaldığını, ehtiyat qüvvə formalaşdıra bilmədiyini də söyləyib. Bununla belə, Jdanov deyib ki, işğalçılar Kramatorsk və Severodonetskin tutulacağı təqdirdə təzyiqləri artıra və Xarkov vilayətinin inzibati sərhədlərinə hücumu daha da genişləndirə bilərlər.

“Artıq neçə həftədir müdafiəmizi yarmağa çalışırlar, Putinin siyasi gələcəyini irəli aparmaq üçün sonuncu əsgərlərlə döyüşürlər”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər