Finlandiya və İsveç hökumətləri ölkələrinin təhlükəsizliyinin yolunun NATO üzvü olmaqdan keçdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Finlandiya Müdafiə Komitəsi ölkənin mümkün NATO üzvlüyü ilə bağlı uzun müddətdir üzərində işlədiyi hesabatını hökumətə təqdim edib.
Mövzu ilə bağlı mətbuata açıqlamasında komitə rəhbəri Pettere Orpon ölkənin müdafiə baxımından yaxşı olduğunu deyib:
“Müdafiəmiz yaxşıdır, amma Rusiyanın təhdidinə qarşı kifayət deyil. Ona görə də, gələcəkdə ölkənin təhlükəsizliyini təmin etmək baxımından NATO-ya üzvlük ən yaxşı həll yoludur”.
Finlandiya Prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzv olub-olmayacağı ilə bağlı qərarını mayın 12-də açıqlayacağını bildirib.
İsveçin Müdafiə naziri Peter Haltqvist də, ölkəsinin NATO-ya üzvlükdə maraqlı olduğunu açıqlayıb.
Onun sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya qoşulacağı təqdirdə Skandinaviyanın müdafiə qüdrəti artacaq. Amma Hultqvist martın 10-da demişdi ki, müdafiə naziri olduğu müddətdə ölkəsi NATO-ya üzv olmayacaq.