Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevi Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.
Teleqraf.com xəbər verir ki, rəsmi qarşılama mərasimindən sonra liderlər arasında təkbətək görüş başlayıb.
Bundan əlavə, nümayəndə heyətləri arasında görüşlərin və sonra bir sıra sazişin imzalanması gözlənilir.
Qeyd edək ki, bu Tokayevin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk dövlət səfəridir.