27 Noyabr 2014 12:39
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yeni parlamentin ilk iclası keçirildi

Ukraynanın yeni seçilən parlamenti bu gün ilk iclasını keçirib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Ali Radanın üzvləri xorla deputat andının mətnini oxuyublar.

Xəbərə görə, mətni spiker Aleksandr Turçinov oxuyub, deputatlar isə təkrar edib.

Bundan sonra o, deputatlardan andın altına imza qoymalarını xahiş edib.

Bundan sonra Veravki adına Xalq xoru "Ukrayna üçün dua"nı ifa edib.

Nihad


Müəllif: