Ankarada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə ilk rəsmi səfəri zamanı 1 milyard dollarlıq sazişlər imzalanıb.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan lideri bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Danışıqların nəticələrinə görə, 1 milyard dollar dəyərində sənədlər imzalanıb”, - deyə Qazaxıstan prezidenti bildirib.
Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində 15 sənəd, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Türkiyə Prezidenti hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu ildə bağlanmış sazişlərin və memorandumların əhəmiyyətini qeyd edib. Ərdoğan həmçinin ikitərəfli ticarəti təxminən iki dəfə - ildə 5,3 milyard dollardan 10 milyard dollara qədər artırmaq planlarını açıqlayıb.