11 May 2022 10:03
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı milyarder Fərhad Əhmədova məxsus “Luna” yaxtası Hamburq limanında saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu, dünyanın ikinci ən böyük ekspedisiya yaxtasıdır.

Əvvəllər Roman Abramoviçə məxsus olan yaxtanın dəyəri 400 milyon avro dəyərində qiymətləndirilir. Ona Hamburq limanını tərk etmək qadağandır.

Bundan əvvəl Almaniya Kriminal Polisinin Federal İdarəsi (BKA) gəmi sahibinin rəsmi adı olan Lixtenşteyn Trestinin arxasında rusiyalı oliqarx Fərhad Əhmədovun olub-olmadığını öyrənib. Məhkəmədən sonra oliqarxın yaxtası sanksiya qanununa tabe olub.

Rusiyalı milyarder Fərhad Əhmədov aprelin əvvəlindən Aİ-nin sanksiyalar siyahısındadır.


Müəllif: Nemət

Oxşar xəbərlər