11 May 2022 10:39
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Xarkovun şimalında əks-hücumunu davam etdirərək, işğalçıları Rusiya sərhədinə qədər sıxışdırıblar. Əsgərlər bir neçə yaşayış məntəqəsini azad etməyə müvəffəq olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusunun əks-hücum əməliyyatı azad edilmiş Starı Saltovun şimalında davam edib. Ruslar Ukraynanın əks-hücumunu zəiflətmək və şimala - Rusiya sərhəddinə doğru irəliləmənin qarşısını almaq üçün İzyumdan qoşun yeridirlər.

Ekspertlərə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu Xarkovun şimal-şərq cinahında Rusiya artilleriyasının hücumlarını dayandıracaq və potensial olaraq, Ukrayna müdafiə qüvvələrinə rus ordusunun arxa tərəfinə hücum etməyə imkan verəcək. Bu əks-hücum işğalçıların Donbasda Ukrayna qüvvələrini mühasirəyə almaq üçün halqa yaratmağa çalışdıqları İzyumdakı bölmələrinin hərəkətini iflic edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər