11 May 2022 14:19
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la birlikdə Türkiyə yaxınlığında qoşun toplayan Yunanıstan odla oynayır. Silahsız qalmalı olan adaları silahlandıran yunanlar Türkiyəni həm havadan, həm də qurudan təxribata çəkirlər.

Teleqraf.com xəbər verir ki, son olaraq Yunanıstan Xarici işlər naziri Nikos Dendias ölkəsinin ABŞ-la imzaladığı hərbi müdafiə sazişinin özlərini təhlükəsiz hiss etmələri üçün vasitə olduğunu deyib.

Açıqlamalarında təkəbbürlü ifadələr işlədən Dendias Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqda təxribat xarakterli mesajlar verib.

Nazir sözügedən əməkdaşlıq sazişinin ikinci protokolunun parlamentdə təsdiqi ilə bağlı verdiyi açıqlamada bu ifadələrə yer verib:

“Yunanıstan-ABŞ Qarşılıqlı Müdafiə Əməkdaşlıq Müqaviləsi üfüqlərimizi aça, baxış istiqamətimizi genişləndirə bilməyimiz üçün güclü vasitədir. İnanırıq ki, Yunanıstan türk-yunan münaqişələrinin əsiri olmamalıdır və Balkana açılmalıdır”.

Dendias Dədəağac limanı məsələsinə də toxunub və qeyd edib ki, Yunanıstan buranı Balkan üçün enerji qovşağına çevirməlidir.

“Biz ABŞ-ın hərbi varlığını istəyirik. Bəli, Dədədağac limanının ticari olmasını istəmirik və Ərdoğanı narahat edən də məhz budur”, - nazir vurğulayıb.

Yunanıstan və ABŞ yenilənmiş Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişini ötən il imzalayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər