11 May 2022 11:34
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Naftali Bennet ölkəsinin müharibə istəmədiyini, amma istənilən ssenariyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Bennett və müdafiə naziri Benni Qantz ölkə tarixinin ən uzun – bir ay davam edən hərbi təlimlərini incələyib.

Təlimlə bağlı çıxış edən Bennet deyib:

“Müharibə arxasınca qaçmırıq, amma istənilən ssenariyə hazırıq. Düşmən bilir ki, bizi qarşıdurmaya sürükləsə, dözülməz dərəcədə ağır bədəl ödəyəcək”.

Qantz da İsrailin təhlükəsizliyinin ordunun gücündən asılı olduğunu söyləyib.

İsrail ordusu dünən ölkə tarixindəki ən uzun hərbi manevrlərdən biri olan “Alovlu Maşınlar” təliminə başladığını və hərbi məşqlərin bir ay davam edəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu