Tvitter sosial şəbəkə platformasını satın almağa hazırlaşan “Tesla” və “SpaceX”-in baş direktoru İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı tətbiq edilən Tvitter qadağasını ləğv edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu qərarı o, “axmaq” adlandırıb.
“Bu, etik baxımdan pis və axmaq qərar idi. Donald Trampa qadağa qoymaq doğru deyildi, səhv idi”, - Mask bildirib.
Milyarder bu qadağanın Trampın söz azadlığını məhdudlaşdırdığını qeyd edib.
Ötən il yanvarın 6-da tərəfdarlarının ABŞ Konqresinə basqınından sonra Trampın Tvitter və Feysbuk kimi sosial şəbəkə hesabları “basqını təşviq etdiyi” səbəbi ilə birdəfəlik bağlanıb.