11 May 2022 11:20
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə Xankəndidə atışma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Qeyd edilir ki, mayın 10-da axşam saatlarında iki erməni arasında mübahisə yaranıb. Daha sonra mübahisəyə daha 3 vətəndaş müdaxilə edib.

Məlumata görə, mübahisə tərəfdarlarından biri BVW markalı avtomobilinə əyləşərək hadisə yerini tərk edərkən digər erməni avtomobilinin yük yerindən avtomat silahı götürərək BMW markalı avtomobil istiqamətində atəş açıb. Güllələrdən biri maşının sol arxa qapısına dəyib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinməsə də, bunun ermənilər arasında növbəti "razborka" olduğu ehtimal edilir.

Atışmaya görə Qarabağdakı separatçı tör-toküntüsünün “general”ı Samvel Karapetyanın saxlanıldığı bildirilir.

Qeyd edək ki, Xankəndi hazırda rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındadır.


Müəllif: Nemət

Oxşar xəbərlər