11 May 2022 23:27
4 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İstintaq Bürosunun müstəntiqləri Sumı vilayətinin Trostyanets şəhərində Rusiya Silahlı Qüvvələrinin bütün Ukrayna ərazisini ələ keçirməyi planlaşdırdığını göstərən mühüm sənədləri aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə büronun direktoru Aleksey Suxaçev məlumat verib.

Məlumata görə, Büronun müstəntiqləri rus qüvvələri tərəfindən faktiki dağıdılmış şəhərin 2000 hektardan çox ərazisinə baxış keçiriblər. Rus qoşunlarının döyüş bölmələrinin yerləşdiyi yerlər və atəşin aparıldığı mövqeləri müəyyən edilib. Rusiya hərbçilərinin sənədləri və şəxsi əşyaları da həmin ərazilərdə ələ keçirilib.

“Dövlət İstintaq Bürosunun müstəntiqləri müstəntiqləri Rusiya Silahlı Qüvvələrinin mühüm sənədlərini tapıblar. Bu sənədlərdə Rusiyanın Ukraynanın bütün ərazisini ələ keçirməyə hazırlaşdığı açıq-aydın göstərilir. Bütün bu məlumatlar öyrəniləcək və iş materiallarına daxil ediləcək”, - Suxaçev bildirib.

O, həmçinin deyib ki, araşdırma zamanı rus hərbçilərinin mülki şəxslərə işgəncə verdiyi yerlər müəyyən edilib. Ən azı 34 qeyri-qanuni azadlıqdan məhrumetmə və mülki şəxslərə işgəncə vermə faktı qeydə alınıb.

Bununla yanaşı, 29 hadisə yerinə baxış keçirilib, ikisi uşaq olmaqla 23 qurbanın cəsədi aşkar edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər