“Avropa ilə müharibə istəmirik, amma Qərb həmişə deyir ki, Rusiya məğlub olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov omanlı həmkarı Bədr bin Haməd əl-Busaidi ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, Moskva Avropada müharibə istəmir, amma Qərb ölkələrinin Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyat”ında məğlub olmasını istəyir.
“Əgər siz Avropada müharibə ehtimalından narahatsınızsa, biz bunu qətiyyən istəmirik”, - Lavrov vurğulayıb.
Lavrov bunu Qərbin gündəmə gətirdiyini iddia edib.