Rus ordusu Dnepropetrovsk vilayətini “Qasırğalar”dan atəşə tutublar, ölən və yaralananlar var.
Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi idarəsinin sədri Valentin Rezniçenko Teleqramda məlumat verib.
“Səhər saatlarında işğalçılar “Qasırğalar”dan Zelenodolsk icmasını yenidən atəşə tutublar”, - Rezniçenko deyib.
Krivı Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul öz "Facebook" səhifəsində bildirib ki, bütün təmas xətti boyunca atəşlər gecə dayanmayıb, işğalçılar qadağan olunmuş fosfat və kassetli sursatlardan istifadə ediblər.
“Krivoy Roq, 12.05.22-ci il səhər saatlarında bizim istiqamətdə vəziyyət tam nəzarət altındadır. Bütün gecə təmas xətti boyunca, o cümlədən qadağan olunmuş fosfat və kassetli sursatlardan istifadə etməklə atəş açıblar”, - o deyib.