12 May 2022 11:30
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalifət itaətsizlik aksiyaların davam etdirəcək".

Teleqraf.com erməni saytlarına istinadən xəbər verir ki, bunu müxalifətçi deputat İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, bu gün nümayişçilər meriyanın binasını bağlamaq qərarına gəliblər, çünki bu struktur İrəvan əhalisinə deyil, indiki hakimiyyətə xidmət edir.

“Ona görə də biz öz növbəmizdə belə strukturların qarşısını alacağıq və ölkədə tamhüquqlu ikili hakimiyyətə nail olacağıq. Dünən 2 saat binanın önü bağlanıb, özlərinə gəlməsələr bu gün 4, sabah 6 saatlıq bağlayacağıq", - deyə erməni revanşist müxalifətinin təmsilçisi bildirib.

Saqatelyan əlavə edib ki, bu gün də “Müqavimət Hərəkatı” itaətsizlik aksiyalarını davam etdirəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər