Finlandiyanın prezidenti və baş naziri bu gün NATO-ya üzvlük üçün müraciətin tərəfdarı olduqlarını açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, Finlandiya Prezident Sauli Niinisto və baş nazir Sanna Marinin yazılı açıqlaması Finlandiyanın NATO-ya üzvlüyünün demək olar ki, dəqiq olduğu anlamına gəlir.
Qonşu İsveçin də yaxın günlərdə eyni şəkildə NATO-ya üzv olmaq qərarı verəcəyi gözlənilir.