12 May 2022 17:23
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya gəlmək istədiyini, amma qısa müddətdə belə bir səfərin planlaşdırılmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Ştaynmayer Ukraynaya getmək istəyib-istəməməsi ilə bağlı suala cavab olaraq, Berlin və Kiyev arasında diplomatik anlaşılmazlıqların aradan qaldırılmasına sevindiyini deyib.

Onun sözlərinə görə, buna Bundestaqın spikeri Berbel Bass və Xarici işlər naziri Annalena Berbokun səfərləri, həmçinin Almaniyanın Ukraynadakı səfirliyinin fəaliyyətinin bərpası kömək edib.

“Qısamüddətli perspektivdə konkret səfər planım yoxdur. Amma güman edirəm ki, cənab Zelenski ilə görüşəcəyəm”, - prezident vurğulayıb.

Kiyev və Berlin arasındakı gərginlik Ukraynanın Rusiya ilə uzun illər yaxın münasibətlərinə görə Ştyanmayeri qəbul etməkdən imtina etməsindən sonra yaranıb.

Mayın 8-də Berbel Bass Kiyevə gəlib. O, səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Bundan sonra Annalena Berbok mayın 10-da elan olunmamış səfərlə Kiyevə gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər