Xerson şəhərinin küçələrindən birinə Vladimir Jirinovskinin adı verilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.
Stremousov jurnalistlərə açıqlamasında V.Jirinovskini “görkəmli şəxsiyyət” adlandırıb və deyib ki, o, bir çox hadisələri sadəcə proqnozlaşdırmaqla kifayətlənməyib.
“Düşünürəm, biz bunu edəcəyik ki, Xersonda bir küçə onun adını daşısın”, - deyə Stremousov bildirib.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski aprelin 6-da 76 yaşında vəfat edib.
Daha əvvəl xəbər verilib ki, Xerson vilayətinin hakimiyyəti Rusiyanın tərkibinə daxil olmaq istəyir.