Rusiyanın Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı mövqeyi dəyişib. İndi bu, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyə bənzəyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Polyanski deyib: "Demilitarizasiya və denazifikasiya olmadan Ukraynada sülh əldə edilə bilməz".
Polyanski deyib ki, Moskva hazırda Ukraynadakı vəziyyətin həlli üçün heç bir diplomatik variant görmür.
Nəşr xatırladır ki, martın 29-da İstanbulda keçirilən danışıqlardan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiyanın Ukraynanın Aİ-yə daxil olmasına qarşı olmadığını bildirmişdi.