13 May 2022 11:25
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya işğalçı ordusu İzyum və Severodonetsk bölgələrində əhəmiyyətli səylər göstərir, Slavyansk və Kramatorska keçməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, bu istiqamətdə prioritet Ukrayna qüvvələrinin Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsində mühasirəyə alınması, onları ölkənin qərbindəki dəstək və ya gücləndirici birləşmələrdən ayırmaqdır.

Böyük Britaniyanın Müdafiə Nazirliyi həmçinin bildirib ki, Ukrayna qüvvələri Rusiyanın Severski Donetsk çayını keçmək cəhdinin qarşısını uğurla alıb. Çayın üzərində Rusiya ən azı bir batalyon taktiki qrupunun xeyli sayda zirehli texnikasını, həmçinin yerləşdirilən ponton-körpü texnikasını itirib.

“Döyüş zamanı çayı keçmək çox riskli manevrdir və Rusiya komandanlığına Ukraynanın şərqindəki əməliyyatlarında irəliləyiş əldə etmək üçün təzyiq göstərir”, - deyə məlumatda bildirilir.


Müəllif: Nemət

Oxşar xəbərlər