22 May 2022 15:38
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük ehtimalla Rusiyanın hərbi çöküşü 1917-ci ilin aprel-iyun aylarında Birinci Dünya Müharibəsi zamanı qüvvələrinin yarısından çoxunun pis döyüş ruhu və digər səbəblərə görə hücuma keçməkdən imtina edən Fransa ordusunun süqutuna oxşayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilib.

Hesabata görə, Rusiya qoşunları Ukraynanın əks-hücumlarına qarşı kifayət qədər zəif müqavimət göstərir. Rus qoşunları hücumdan imtina edəcəyi təqdirdə, Ukrayna qüvvələri rusları ağır zərbə altında qoya bilər.

Rusiyanın hərbi çöküşünün fərariliyin total hal almasına və zabitlərin xidmətdən boyun qaçırmasına, eləcə də, əsgərlərin öz zabitlərini öldürməsi hallarının artmasına gətirib çıxaracağı iddia olunub. Hesabatda deyilir ki, artıq bunların hər biri Ukraynada müharibə başlayandan bəri müşahidə edilir.

“Belə bir çöküş Ukraynaya hücumu davam etdirməyi qeyri-mümkün edəcək və Kiyev uğrunda döyüşdə rusların məğlubiyyətindən sonra göründüyü kimi, Rusiya qoşunlarının cəbhə xəttindən xaotik şəkildə çıxarılmasına gətirib çıxara bilər”, - hesabatda vurğulanıb.

Amerikalı analitiklərə görə, Rusiya ordusunu Ukraynadan yalnız onu tamamilə darmadağın etdikdən sonra çıxarmaq mümkün olacaq.

“Dağılmış Rusiya ordusu vahid döyüş qüvvəsi kimi fəaliyyət qabiliyyətini itirəcək. Əgər bu baş verərsə, Putin indiki hədəflərindən çox az şeylə razılaşmaq məcburiyyətində qala bilər”, – hesabatda qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər