Finlandiya və İsveçin NATO-ya mümkün qəbulu siyasi reaksiyasız qalmayacaq, bu reaksiya emosiyalarla deyil, hərtərəfli analizdən sonra qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Bu dəyişiklik siyasi reaksiyasız qala bilməz. Qərar emosiyalara görə verilməyəcək. Bu, regionda təhlükəsizlik vəziyyətinə təsir edən bütün amillərin hərtərəfli və yoxlanılmış təhlili olacaq”, - deyə o qeyd edib.
Bununla belə Rusiya xarici işlər nazirinin müavini ölkəsinin Finlandiya və İsveçə qarşı düşmənçilik niyyətinin olmadığını bəyan edib.
Diplomat ehtimal edir ki, adıçəkilən ölkələr NATO-ya daxil olduqdan sonra alyans şimal cinahının kövrəkliyini bəyan edəcək – sərhəd 1300 km artacaq və onu qorumaq lazımdır. Qruşkonun sözlərinə görə, bunun üçün NATO orada əlavə qüvvələr kontingentini yerləşdirməyi təklif edəcək.