14 May 2022 15:18
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müharibənin uzunmüddətli fazaya keçməsi qan tökülməsini davam etdirəcək və Çinin buna müdaxiləsi təhlükəsi yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı, ordu generalı Uesli Klark deyib.

Amerikalı general müharibənin uzanmasının qarşısının alınmasının yolunu da açıqlayıb:

“Bunun üçün Ukrayna Donbasda rus qoşunlarının hücumlarını dəf etməli, eyni zamanda, mərhələli şəkildə onları Xerson şəhəri və vilayətindən çıxarmalıdır. Krıma giriş də bağlanmalı və iki - şərq və cənub istiqamətində hərəkətə keçilməlidir. Ukraynanın bu istiqamətlərdə rus qoşunlarının qarşısını kəsəcək gücü olmalıdır”.

Klark hesab edir ki, Ukrayna ordusuna müasir silah və hərbi texnika, o cümlədən Amerika “F-16” qırıcıları verilsə, bunu etmək mümkündür.

“Bundan əlavə, mobil müdafiə olmalıdır. Bunun üçün tanklar, yaylım atəş sistemləri, helikopterlər, “F-16” və SU kimi təyyarələr lazımdır. Bu, həmçinin müvafiq logistik imkanlar və kəşfiyyat tələb edir”, - Uesli Klark vurğulayıb.

Onun fikrincə, Ukrayna NATO standartlarına keçmək üçün bu “imkanlar pəncərəsi”ndən istifadə etməlidir:

“Ukrayna yüksək hərbi normaları, lazımi ruhu və motivasiyanı qoruyub saxlasa, eləcə də dost ölkələrdən lazımi silah və texnika, o cümlədən MiQ-35, digər növ helikopterlər və təyyarələr alsa, uzunmüddətli müharibə ssenarisindən qaça biləcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər