Ötən sutka ərzində Ukraynada 300 rus hərbçisi öldürülüb. Bununla da, irimiqyaslı müharibə başlayandan indiyədək Rusiyanın Ukraynada itirdiyi canlı qüvvənin sayı 27200-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən mayın 14-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən aşağıdakı kimidir:
Canlı qüvvə - təxminən 27 200 nəfər;
Tank - 1218 ədəd;
Zirehli döyüş maşını - 2934 ədəd;
Artilleriya sistemi - 551 ədəd;
Yaylım atəş sistemi - 195 ədəd;
Hava hücumundan müdafiə vasitələri - 88 ədəd;
Təyyarə - 200 ədəd;
Helikopter - 163 ədəd;
PUA - 411 ədəd;
Qanadlı raket - 95 ədəd;
Gəmi/kater - 13 ədəd;
Nəqliyyat vasitəsi - 2059 ədəd;
Xüsusi avadanlıq - 42 ədəd.
Ötən gün rus ordusunun ən böyük itkiləri Slavyan və Baxmutda qeydə alınıb.
Rusiya hərbi müdaxiləyə başlayandan bəri Ukrayna qüvvələri təkcə Mariupolda 6000 rus hərbçisini öldürüb.