Rusiya Polşa və Litva arasında yerləşən Kalininqrad anklavında hərbi təlimlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Baltik Donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbi təlimlərə “Su-27” qırıcıları cəlb olunub.
Təlim planına uyğun olaraq, Kalininqrada hücum edən şərti düşmən hədəfləri vurulub.
Təlimlərə 10-dan çox “Su-27” ekipajının qatıldığı bildirilib.
Bundan əvvəl Rusiya Kalininqradda nüvə başlıqları daşıya bilən “İsgəndər” ballistik raketlərini sınaqdan keçirib.
Qırıcılarla təlimlər isə qonşu İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istədiklərini elan etdikdən bir neçə gün sonra baş tutması diqqət çəkib. Rusiya buna görə İsveç və Finlandiyanı hərbi müdaxilə ilə hədələyib.