Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın cənubunda yerləşən Alqarve bölgəsindəki 10 milyon avroluq malikanəsinə həbs qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Publico” qəzeti yazır.
Məlumata görə, Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də, Portuqaliyanın "Caixa Geral de Depositos" bankı bu barədə ölkə polisinə məlumat verib.
Abramoviçin əmlakına həbsin martın 25-dən Xarici İşlər Nazirliyinin tələbi ilə qoyulduğu bildirilir.