15 May 2022 14:28
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada işğalçı müharibəyə başlayandan bəri sosial şəbəkələrdəki aktivliyi ilə diqqət çəkən amerikalı yazıçı Stiven Kinq növbəti dəfə Vladimir Putini qəzəbləndirəcək paylaşım edib.

Teleqraf.com xəbər verir ki, yazıçı Rusiya Prezidenti Vladimir Putinin hücum etməzdən əvvəl Ukraynaya yuxarıdan aşağı baxdığını və gücünü doğru hesablaya bilmədiyini deyib.

“Putin köpəklə mübarizə aparacağını düşünürdü, amma qarşısındakının canavar olduğu üzə çıxdı”, - Kinq qeyd edib.

Yazıçı martda Ukraynadakı müharibəyə görə Rusiyada nəşr olunacaq kitabları üçün yeni müqavilə imzalamaqdan imtina etdiyini açıqlamışdı. Ukraynaya dəstəyini gizlətməyən və Putinin davranışlarını qınayan məşhur romançı Kinq bu savaşın Putinin öz maraqlarına xidmət etdiyinə inanır.

Kinq bundan əvvəl Tvitter hesabındakı paylaşımında yazmışdı: “Ukraynada Putinə görə uşaqlar və qadınlar ölürlər. Putin hamımızı öldürməzdən əvvəl yoxa çıxmalıdır”.

74 yaşlı yazıçı Ukraynanın müqavimətinin Putini şoka saldığını və Rusiya liderinin ilk dəfədir belə aciz göründüyünü də demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər