15 May 2022 18:25
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici 8İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbərinin sözlərinə görə, Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb.

Çavuşoğlu əlavə edib ki, Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır.

“Finlandiya və İsveç müdafiə sənayesi məhsullarının Türkiyəyə ixracını məhdudlaşdırmağa davam edir”, - deyə nazir qeyd edib.

Mövlud Çavuşoğlu hesab edir ki, NATO-ya üzv olacaq ölkələrin ixrac icazələrinə (Türkiyə üçün -red.) məhdudiyyət qoyması məqbul bir vəziyyət deyil.

Qeyd edək ki, İsveçin Xarici İşlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyə XİN başçısıMövlud Çavuşoğlu ilə NATO xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi toplantısı çərçivəsində danışıqlar aparıb və şimal ölkələrinin alyansa daxil olma ehtimalını müzakirə ediblər.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər