Ukrayna Belarusla sərhədə 10 minə yaxın hərbi qulluqçu və müasir hərbi texnka toplayıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini İqor Korol bildirib.
Onun sözlərinə görə, Ukrayna ən müasir silahları, hava hücumundan müdafiə bölmələrini bu əraziyə cəmləşdirib: “Hər an təxribatlar ola bilər".