“İsveç və Finlandiya NATO-ya üzv olsa, Rusiya Kalininqradı demilitarizasiya etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Polşa müdafiə nazirinin keçmiş müavini general Romuald Şeremetyev deyib.
Onun sözlərinə görə, bu durumda Kalininqrad NATO üçün ciddi problemə çevriləcək.
“Kalininqradlılardan xahiş etməliyik ki, özlərinin cinayətkar adlandıılmasından çəkinsinlər. İkincisi, region silahsızlaşdırılmalıdır, çünki NATO iki ölkə arasındakı barıt çəlləyində otura bilməz. Bu, yəqin ki anlaşılandır”, - general bildirib.
Şeremetyev NATO-ya iki yeni üzvün əlavə edilməsindən sonra Polşanın şərq cinahda əvvəlkindən daha güclü mövqeyə sahib olacağını proqnozlaşdırıb.