İsveç hökuməti krallığın NATO-ya mümkün daxil olması ilə bağlı mövcud anlaşmazlıqları aradan qaldırmaq üçün Türkiyəyə nümayəndələr göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə SVT telekanalı müdafiə naziri Piter Hultkvistə istinadən məlumat yayıb.
“Biz Türkiyə ilə müzakirələr və dialoq aparacaq rəsmi nümayəndə heyəti göndərəcəyik, görək bu məsələ necə həll olunacaq. Amma NATO-dan aldığımız siqnallar odur ki, İsveçin razılığı var, Finlandiya alyansa qəbul edilməlidir”, - o bildirib.
Qeyd edək ki, bu gün İsveç parlamenti NATO-ya üzvlük məsələsini müzakirə edəcək və hökumət alyansa daxil olmaq üçün ərizəni təsdiqləmək üçün bir araya gələcək.
“Müraciətin dəqiq nə vaxt göndəriləcəyini deyə bilmərəm, amma qərar bu gün veriləcək”, - müdafiə naziri deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya qoşulma ehtimalını müsbət hesab etmir, çünki Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evi kimidir.