“McDonald’s” fast-food restoranlar şəbəkəsi Rusiyadan birdəfəlik getdiyini elan edib.
Teleqraf.com xəbr verir ki, bundan əvvəl şirkət Rusiya Federasiyası ərazisindəki fast-food restoranlarını bağlamışdı.
İndi isə şirkət Rusiyadakı biznesi üçün alıcı axtardığını bildirib.
“McDonald’s”ın icraçı direktoru Kris Kempçinski “The New York Times”a açıqlamasında deyib: “Bu, presedenti olmayan və ciddi nəticələri olan mürəkkəb bir məsələdir”.