Ukrayna silahlı qüvvələri artıq Kiyev və Xarkovdakı Rusiya işğalçılarını qovub. Buna görə də onların Rusiya tərəfindən işğal olunmuş Krımı və Donbası da azad edə biləcəklərini güman etmək məntiqlidir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin deyib.
Diplomatın sözlərinə görə, ABŞ həmişə Krımı və Donbası Ukrayna əraziləri kimi tanıyıb. O deyib ki, Vaşinqton Ukrayna ordusunun Rusiya qüvvələrini bütün işğal olunmuş ərazilərdən çıxarmasında maraqlıdır və lazım gəldikdə silah tədarükünü artırmağa hazırdır.
“Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Bunun baş tutması üçün hər gün çalışırıq. Birləşmiş Ştatlar artıq Ukraynaya hər hansı digər ölkədən daha çox silah verib və bunu etməyə davam edəcəyik”, - Kvin vurğulayıb.