17 May 2022 10:29
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibədə şəxsən iştirak edir. O, polkovnik və ya briqada generalı səviyyəsində operativ və taktiki qərarlar qəbul edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” Qərb hərbi mənbələrinə istinadən yazıb.

Bildirilib ki, Putin ötən həftə rus ordusunun qanlı məğlubiyyətə uğradığı Donbasda qoşunların hərəkətini müəyyən etməyə kömək edir, Ukraynanın şərqində strateji əhəmiyyətə malik Severski Donetsk çayını keçməyi vacib sayır.

Mənbələr əlavə edir ki, Putin hələ də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla yaxından işləyir.

Rusiya lideri ən azı müəyyən qələbələr gözləyir. Putin dünya liderlərinə deyir ki, Zelenski ilə danışmağın vaxtı hələ çatmayıb.

Rus ordusu bir aydır ki, əməliyyat apardıqları Donbasda hələ də irəliləyişə nail ola bilməyiblər.

Putinin şəxsi iştirakının kəşfiyyat məlumatlarına əsaslandığı anlaşılsa da, bu bəyanatı dəstəkləmək üçün əlavə təfərrüatlar verilməyib.

ABŞ ordusunda polkovniklər və Britaniya ordusunda briqada generalları adətən bir neçə batalyondan ibarət briqadaya, sonuncusu Rusiya ordusundakı ən kiçik əməliyyat bölməsinə bərabər olan birliyə komandanlıq edirlər.

“Bellingcat”ın jurnalisti Hristo Qrozevin sözlərinə görə, Rusiya lideri Vladimir Putin artıq heç kimə güvənmir və Ukrayna ilə müharibəyə şəxsən nəzarət edir.


Müəllif: Nemət

Oxşar xəbərlər