17 May 2022 12:07
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin xarici işlər naziri Ann Linde ölkənin NATO-ya daxil olması üçün ərizəni imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin Şimali Atlantika alyansındakı nümayəndəliyi “Twitter”də məlumat yayıb.

“Bu, böyük, ciddi qərar kimi görünür, sanki biz İsveç üçün nəyin daha uyğun olduğuna dair razılığa gəlmişik”, - deyə xanım Linde şərh edib. Onun sözlərini sənədin imzalanmasını yayımlayan SVT telekanalı sitat gətirir.

İsveçin müraciəti Finlandiyanın analoji ərizəsi ilə birlikdə göndəriləcək. Bu gün, mayın 17-də Finlandiya parlamentində bu məsələ ilə bağlı debat keçiriləcək. Əvvəlki müzakirə 14 saatdan çox davam edib.


Müəllif: Səxavət