17 May 2022 15:43
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyanın Baş naziri Kaja Kallas dünya liderlərini Rusiya Prezidenti Vladimir Putinə zəng etməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Euractiv saytına danışan Kallas, Ukraynadakı müharibə zamanı Rusiya ilə telefon diplomatiyasını tənqid edərək, Putinlə danışmağın mənası olmadığını müdafiə edib.

Liderlərin Putinə çağırışının Rusiyanı təcridetmə səylərini baltaladığını deyən Kallas bildirib ki, hər kəs onu davamlı olaraq çağırsa, tək qaldıqları mesajını almayacaqlar. Bu mesajı vermək istəyiriksə, ona zəng etməyin”.

“Putin özünü diqqət mərkəzində görür, çünki hamı onunla danışmaq istəyir. Bütün bu danışıqlara baxmayaraq, Buça və İrpində baş verənlər ortadadır. Biz münaqişənin zəiflədiyini görmürük”, - baş nazir deyib.

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun Putinlə görüşləri bundan əvvəl də tənqid hədəfinə çevrilib.


Müəllif: Nemət

Oxşar xəbərlər