17 May 12:49
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı hərbçi Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz tviter hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli Ukrayna vətəndaşı baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib.


Müəllif: Teleqraf.com