18 May 2022 11:28
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə münasibəti və prosesin gedişi ilə bağlı sualları cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin bu iki ölkənin üzvlüyünə niyə qarşı olduğu və hansı tələblərinin olduğu ilə bağlı suallara dəqiq cavab verməsə də, Prays türk rəsmilərinin bunun səbəblərini açıqladığını və bunların ictimaiyyətə məlum olduğunu bildirib.

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinkenin Berlində görüşdüyünü bildirən Prays bu danışıqların təfərrüatlarına varmayacağını, amma tərəflərin bütün məsələləri açıq şəkildə müzakirə etdiklərini söyləyib.

“Alyans daxilində Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı ciddi konsensus var. Əminik ki, bu konsensus, qorunub saxlanılacaq”, - Prays vurğulayıb.

Ankaranın Vaşinqtona konkret tələb irəli sürmədiyini bildirən Prays davam edən diplomatik danışıqların təfərrüatına varmayacağını bildirib.

Ağ Evin sözçüsü Karin Jan-Per də Praysla oxşar fikirlər səsləndirib.

Türkiyə və ABŞ xarici işlər nazirlərinin Berlində görüşdüyünü xatırladan sözçüsü Jan-Per NATO ölkələrinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı konsensus əldə edəcəyinə inandıqlarını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər