18 May 2022 11:00
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibənin ikinci mərhələsi davam edir, eyni zamanda, ruslar indi Donbasda sonuncu sıçrayışı etməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

Onun sözlərinə gorə, ruslar Donbasda irəliləmək haqqında düşünür: “Hazırda Severodonetsk bölgəsində, İzyum-Slavyansk istiqamətində, hər yerdə irəliləmək istəyirlər. Biz başa düşürük ki, ruslar hələ də prinsipcə son sıçrayışı etməyə çalışırlar. Ümid edirəm ki, baş verənlərdən sonra onlar uğur qazanmayacaqlar. Xüsusilə, Beloqorovka yaxınlığında rus qoşunları bərbad göründükdən sonra düşünürəm ki, bacarmayacaqlar. Amma bu sıçrayışı etməyə çalışırlar”.

Denisenkonun fikrincə, ruslar uğur qazana bilmədiyi halda sonra müharibənin yeni mərhələsinin başlanmasından danışmaq mümkün olacaq: “Əslində onların səngər qazmağa başlayacağı ehtimalı var, buna başlayıblar, lakin artıq işğal olunmuş ərazilərdə, ilk növbədə, Xerson və Zaporojye vilayətlərində daha fəal şəkildə qazmağa başlayacaqlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər