18 May 2022 12:47
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti rəhbərinin müşaviri Derek Çollenin Tiflisə ikigünlük səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, səfərin məqsədi Gürcüstan rəsmiləri ilə Avropanın təhlükəsizliyi və demokratik inkişafla bağlı məsləhətləşmələr aparmaqdır.

Amerikalı rəsmi hökumət, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək Rusiyanın Gürcüstanın bəzi ərazilərini işğal etməsi, Ukrayna və Rusiya arasında davam edən müharibə və Tiflisin Avro-Atlantik məkana inteqrasiyasını müzakirə edəcək.

Çolle bundan əvvəl iki günlük səfərlə Moldovada olub. Amerikalı diplomat Gürcüstandan İngiltərəyə yola düşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər