18 May 2022 12:56
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası “kazinolar kralı” kimi tanınan milyarder iş adamı, Respublikaçılar Partiyasının aparıcı maliyyəçilərindən olan Stiv Vini “Çin agenti” olmaqda ittiham edərək məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, ABŞ Ədliyyə Departamenti 80 yaşlı Vinə “Xarici Agentlərin Qeydiyyatı Aktı”na uyğun olaraq açılan iddiada Çinin maraqlarına uyğun hərəkət etməkdə ittiham edir.

Məşhur milyarderin 2017-ci ildə ABŞ-dan siyasi sığınacaq istəyən çinli iş adamının vizasının ləğvi ilə bağlı çağırışı ABŞ-ın o zamankı prezidenti Donald Trampa və respublikaçı liderlərə çatdırdığı deyilir.

Çinin Makao bölgəsində qumarxanaları olan Vininin öz maraqlarını qorumaq üçün Çinlə əlaqələri olduğu da bildirilir. Vini vəkilləri vasitəsilə verdiyi açıqlamada ona qarşı irəli sürülən ittihamları rədd edib.

ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada Vinidən “Çin Xalq Respublikasının agenti” kimi qeydiyyatdan keçməsinin istəndiyi bildirilib. Nazirlik rəsmisi Metyu Olsen deyib: “Bu casusluq qanunu bizim demokratik sistemimizin şəffaflığına sadiqliyimizi nümayiş etdirir. Əgər xarici hökumət ABŞ-dakı siyasi qərarlara təsir etmək üçün amerikalıdan agent kimi istifadə edirsə, amerikalılar bundan xəbər tutmalıdırlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər