19 May 2022 01:23
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mətbuatının yazdığına görə, mart ayında “China Eastern Airlines”a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hesabatlar qəzanın qəsdən törədildiyini göstərir.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmilərinin ilkin qiymətləndirmələrinə əsaslanan hesabatlar çərçivəsində müstəntiqlərin indiyədək təyyarədə heç bir mexaniki və texniki nasazlıq aşkar etmədikləri bildirilib.

“Boeing 737-800” təyyarəsi Çinin cənubundakı Kunminq və Quançjou şəhərləri arasında uçarkən qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 132 sərnişin və ekipaj üzvlərinin hamısı həlak olub. Olaydan sonra “The Wall Street Journal” təyyarənin qəsdən endirildiyini iddia edib. Nəşr bununla bağlı əmrin kənardan verildiyini yazıb.

Qəza yerindən çıxarılan uçuş registratorlarından birindən əldə edilən məlumatlar təyyarənin demək olar ki, şaquli eniş vəziyyətinə gətirildiyini göstərir.

“ABC News” da qəzanın qəsdən törədildiyini ehtimal edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər