18 May 2022 19:08
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Braşov dairəsində Fransa və Belçikadan olan hərbçilərdən ibarət NATO döyüş qrupu yaradılıb.

Teleqraf.com xəbər verir ki, qrup azı 4 il fəaliyyət göstərəcək.

Rumın polkovnik Vinsent Menqe bildirib ki, hərbi birliyin çox hissəsi Konstansa, Koqalniçeanu və Cinku bölgələrindədur.

Menqenin sözlərinə görə, Çinkuda əsas bazanın yaradılması barədə qərar ona görə verilib ki, bu yer ölkənin mərkəzində yerləşir və orada 1000-ə yaxın hərbçidən ibarət batalyon yerləşdirilə bilər.

"İndi Rumıniyada Fransa və Belçikadan olan əsgərlər var. Bu yay onlara Hollandiyadan olan hərbçilər də qoşulacaqlar. Döyüş qrupu yüngül zirehli maşınlara və tanklara sahibdir. Gələcəkdə ağır silahlar da alınacaq", deyə polkovnik qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər