Finlandiya hakimiyyətinin NATO-ya üzv olmaq qərarına Rusiyanın cavabı sürpriz olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Sürpriz olacaq. Bu, bizim müdafiə departamentimiz üçündür”, – diplomat bildirib.
O, cavab tədbirləri ilə bağlı qərarın Finlandiyanın Şimali Atlantika Alyansına üzvlüyük prosesinin nəzərə alınmaqla qəbul ediləcəyini açıqlayıb.
"Bütün bu parametrlər əsasında qərar veriləcək, lakin ilk növbədə, bu, əlbəttə ki, hərbçilərin işidir", - Zaxarova bildirib.