19 May 2022 10:32
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada hər il mayın 18-i Krım tatarlarının deportasiyasının anım günü kimi qeyd olunacaq.

Teleqraf.com xəbər verir ki, Kanada İcmalar Palatası 1944-cü ildə Krım tatarlarının kütləvi deportasiyasını soyqırımı aktı kimi tanıyıb.

Bu barədə Ukraynanın Kanadadakı səfiri Yuliya Kovaliv öz Feysbuk səhifəsində bildirib.

“1944-cü ildə Krım tatarlarının soyqırımını xatırlayırıq və bu dəhşətli hadisələri dünyanın xatırlaması üçün çalışırıq. Bu günlərdə Kanada İcmalar Palatası 1944-cü ildə Krım tatarlarının sovet rejimi tərəfindən kütləvi deportasiyasını soyqırımı aktı kimi tanıyan qətnaməni yekdilliklə təsdiqləyib”,- səfir yazıb.

Qeyd edək ki, 1944-cü il mayın 18-də Krım tatarları Krımdan zorla deportasiya edilib. Rəsmi səbəb isə bütün insanların Üçüncü Reyxlə əməkdaşlıqda ittiham olunması idi.

Deportasiya edilənlərə toplanmaları üçün yarım saata qədər vaxt verilib, bundan sonra onlar yük maşınları ilə dəmiryol stansiyalarına aparılıb. Oradan onlarla bərabər eşelonlar sürgün yerlərinə göndərilirdi. Onlar əsasən Orta Asiya respublikalarına, Ural, Komi və Sibirə deportasiya ediliblər.

İlk iki il ərzində bütün deportasiya edilənlərin 46%-ə qədəri ağır nəqliyyat şəraiti, xəstəlik və qul əməyi nəticəsində sürgündə ölüb.

NKVD-nin məlumatına görə, 183 155 Krım tatarı deportasiya edilib.

Ukrayna Xarici İşlər Nazirliyi dünyanı Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanımağa çağırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər