19 May 2022 11:40
4 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pekin Vaşinqtonla siyasət meydanında mübarizə apararaq Rusiyanı strateji tərəfdaş adlandırsa da, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə Rusiya-Ukrayna müharibəsi ətrafında gedən geosiyasi proseslər dəyərləndirilib:

“ABŞ-ın məşhur “Vaşinqton Post” qəzetində yayımlanan məqalədə Çinin yüksək texnologiyalarının Rusiyaya ixracatının mart ayında kəskin azaldığı yazılıb. Bunu ABŞ-ın ticarət naziri Cina Raymonda da təsdiq edib. O bildirib ki, Çin şirkətləri Amerika sanksiyalarından ehtiyat etdiklərinə görə, Rusiyaya ixracatı azaldıblar. Çin Rusiyaya ixracatı azaltmasaydı, Amerika Çin şirkətlərini müasir texnologiyalardan və proqram təminatından məhrum edəcəkdi. Pekin bu riski proqnozlaşdıraraq yüksək texnologilayalar istehsal edən şirkətlərini Rusiya ilə ticarətdə ehtiyatlı olmağa dəvət edib.

Mart ayında Çindən Rusiyaya kompüterlərin ixracatı ötən aylarla müqayisədə 40 faiz aşağı düşüb. Çin istehsalı olan smarfonların Rusiyaya ixracatı təxminən 60 faiz, kommunikasiya vasitələrinin ixracatı isə 98 fazi azalıb. Çinlə yanaşı, Cənubi Koreya da Rusiyaya yüksək texnologiyaların ixracatını azaltmağa başlayıb. Cənubi Koreyanın yüksək texnologiyalarının Rusiyaya ixracatı 60 faiz azalıb.

Beləliklə, Pekin Vaşinqtonla siyasət meydanında mübarizə apararaq Rusiyanı strateji tərəfdaş adlandırsa da, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Yüksək texnologiyaların Rusiyaya ixracatı dayanmaq üzrədir. Bu, yaxın aylarda Rusiya sənayesi üçün ciddi problemlər yaradacaq”.

Məqalədə qeyd edilib ki, Ağ Evdən verilən açıqlamada Çinin Ukrayna savaşında Rusiyaya dəstək verməsinə dair fakta malik olmadıqları bildirilib:

“ABŞ prezidentinin yeni sözçüsü Karin Jan-Perin sözlərinə görə, Çinin Rusiyaya maddi dəstək verməsinə dair sübutları yoxdur. Halbuki Vaşinqtonda əvvəllər belə fikirlər yayılırdı ki, Rusiya Ukraynada apardığı müharibədə resursları tükəndiyi üçün Çindən silah və ərzaq yardımı istəyib. Pekin bu iddiaları təıkzib edib.

Çinin Rusiyaya yardım etməsinə dair faktın olmadığını Dövlət katibi Entoni Blinken də söyləyib. ABŞ Prezidenti Co Bayden keçmiş aylarda Pekini xəbərdar etmişdi. Bayden bildirmişdi ki, Çin Rusiyaya hərbi yardım etsə və sanksiyalardan yayınmağa çalışsa, bu, Pekinə ciddi problemlər yaradacaq. Nəticədə Pekin bu xəbərdarlığı nəzərə almaq məcburiyyətində qaldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər