Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ Baş Qərargahının rəhbəri Mark Milli ilə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
"Qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib", - məlumatda deyilir.
Bu, Ukraynada müharibə başlayandan bəri Baş Qərargah rəhbərləri arasında ilk söhbət olub.